Proqramlar

Uşağınıza NeoKids ilə ən gözəl günü yaşadın

Lazımlı Sənədlər

NeoKids.az

Tədris Proqramı

Uşaqların dil bacarıqlarını inkişaf etdirmək, onların dünyagörüşünü genişləndirmək və gələcəkdə uğurlu ünsiyyət qabiliyyəti qazanmasına dəstək olmaq məqsədilə tədris proqramlarımız xüsusi olaraq hazırlanmışdır.
Hər bir dil üzrə dərslər interaktiv, oyun əsaslı və yaradıcı metodlardan istifadə edilərək keçirilir.
Tədris zamanı müasir təhsil materialları, vizual resurslar və praktiki fəaliyyətlər tətbiq olunur. Bu yanaşma uşaqların dili təbii şəkildə mənimsəməsini təmin edir və onların sosial, emosional və intellektual inkişafına töhfə verir.
img
Azərbaycan dili
img
İngilis Dili
img
Rus Dili

Azərbaycan dili:

Azərbaycan dili dərsləri uşaqların linqvistik bacarıqlarını inkişaf etdirmək məqsədilə oxu, yazı, danışıq və dinləmə fəaliyyətləri üzərində qurulur. Tədris prosesi interaktiv və oyun əsaslı metodlarla həyata keçirilir, bu da uşaqlara ana dilinin incəliklərini öyrənməyə və ifadə qabiliyyətlərini artırmağa imkan yaradır.
Metodologiya və Tədris Materialları:
Azərbaycan dili tədrisində müasir metodologiya və tədris materialları istifadə olunur. Bunlara şəkillərlə izah, qrup oyunları və əl işləri kimi fəaliyyətlər daxildir. Bu yanaşma uşaqların Azərbaycan dili bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların özünə inamını da gücləndirir.
Üstünlüklər:

İngilis dili:

İngilis dili proqramı uşaqların dinləmə, danışıq və əsas söz ehtiyatını genişləndirmək üçün oyunlar və musiqi ilə zənginləşdirilmiş dərslərdən ibarətdir.
Metodologiya və Tədris Materialları:
Proqram uşaqların oxu və yazı bacarıqlarını inkişaf etdirmək üçün interaktiv dərslər, şəkilli kitablar, fləşkartlar və audio materiallar təqdim edir. Bu metodologiya uşaqların İngilis dilini təbii və asan şəkildə mənimsəməsinə şərait yaradır.
Üstünlüklər:

Rus dili:

Rus dili proqramı uşaqlara əsas söz və ifadələri öyrətmək və dil strukturunu anlamaq üçün maraqlı və əyləncəli fəaliyyətlərə əsaslanır.
Metodologiya və Tədris Materialları:
Uşaqların dili praktik və maraqlı şəkildə mənimsəmələri üçün proqram vizual lüğətlər, nağıl kitabları və video dərslərlə təmin edilir. Bu yanaşma dili öyrənmə prosesini daha əlçatan və əyləncəli edir.
Üstünlüklər:
NeoKids.az
NeoKids.az
img
image

Copyright & Designed By

Ja X – 2024.

info@neokids.az

+994 (50) 800 66 55

Azadlıq prospekti, NEO KIDS PRESCHOOL

img
image
geri-yuxarı